Qırğızıstan Prezidenti istefa verməyə hazır olduğunu bildirib

Qırğızıstan Prezidenti istefa verməyə hazır olduğunu bildirib
# 03 dekabr 2021 11:31 (UTC +04:00)

Qırğızıstan Prezidenti Sadır Japarov 28 noyabrda keçirilən parlament seçkilərində saxtakarlıq hallarının sübuta yetiriləcəyi təqdirdə istefa verməyə hazır olduğunu bəyan edib.

APA-nın xəbərinə görə, o bu barədə Qırğızıstanın “Aryba” saytına müsahibəsində deyib.

“Əgər Mərkəzi Seçki Komissiyası, bütün seçki komissiyalarının üzvləri hakimiyyət tərəfindən təzyiqlərə məruz qalmaları və səs oğurlamalı olduqlarını söyləsələr, onda mən dərhal istefa verərəm”.

28 noyabr seçkilərinin nəticəsinə əsasən Qırğızıstan parlamentinə 6 siyasi partiya keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR