Qırğızıstanda yoxsuluq səviyyəsi 31%-ə yüksəlib

Qırğızıstanda yoxsuluq səviyyəsi 31%-ə yüksəlib
# 05 noyabr 2021 16:27 (UTC +04:00)

Koronavirus pandemiyasının başlanmasından sonra gəlirləri yoxsulluq həddindən aşağı olan Qırğızıstan vətəndaşlarının xüsusi çəkisi 20%-dən 31%-ə yüksəlib, eyni dövrdə ölkədə turizm sənayesinin dövriyyəsi isə 80% azalıb.

"APA-Economics"in "Vesti"yə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Daniyar Amangeldiyev ÜTT-nin 12-ci nazirlər konfransı ərəfəsində dənizə çıxışı olmayan inkişaf edən ölkələrin ticarət nazirlərinin görüşündə bildirib.

Nazirin sözlərinə görə, koronavirus epidemiyası 2020-ci ildə Qırğızıstanda ÜDM-in 8,6% azalmasına səbəb olub. Pandemiya səbəbindən ticarət, nəqliyyat və tikinti sektorları ciddi şəkildə zərər çəkib.

Nazir bildirib ki, 2020-ci ildə Qırğızıstanda inflyasiya 2019-cu ildəki 3%-dən 10%-ə yüksəlib. İstehsalın azalması, büdcə kəsirinin artması və milli valyutanın dəyərdən düşməsi nəticəsində dövlət borcu 16% artaraq 2020-ci ildə ÜDM-in 68%-ni təşkil edib. Nazir əlavə edib ki, Qırğızıstanda yoxsulluq səviyyəsi gəlirlərin azalması və işsizliyin artması səbəbindən yüksəlib.

Rəsmi məlumatlara görə, Qırğızıstanda pandemiya başlayandan indiyədək 181,7 min nəfər koronavirusa yoluxub, onlardan 176,2 min nəfər sağalıb, 2 681 nəfər vəfat edib. 6,5 mln. insanın yaşadığı ölkədə yaz aylarında əhalinin kütləvi peyvəndlənməsinə başlanılıb. Son məlumatlara görə, Qırğızıstanda 1,2 mln. çox insan birinci doza, 775,5 minə yaxın insan isə hər iki doza peyvənd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR