Ərdoğan Putini Türkiyəyə səfərə dəvət edib

#
# 22:37
5 mart 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putini Türkiyə və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 100 illiyi ilə əlaqədar Türkiyəyə səfərə dəvət edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Kremldə Rusiya Prezidenti ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Biz bu il diplomatik münasibətlərin qurulmasının 100 illiyini qeyd edirik. Bununla əlaqədar Prezident Putini ölkəmizə dəvət etmişik. Türkiyə və Rusiya münasibətlərinin tarixi uzunmüddətlidir. Ankara Moskva ilə əməkdaşlığı qarşılıqlı hörmət əsasında davam etdirmək istəyir", - deyə Türkiyə lideri vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR