Rusiya Dumasının deputatı Omicron ştamına görə yeni məhdudiyyətlərin tətbiqini zəruri hesab etməyib

Rusiya Dumasının deputatı Omicron ştamına görə yeni məhdudiyyətlərin tətbiqini zəruri hesab etməyib
# 07 dekabr 2021 05:19 (UTC +04:00)

“Rusiyada yeni Omicron ştamının yaranması ilə əlaqədar əlavə məhdudlaşdırıcı tədbirlərin, o cümlədən sərhədlərin bağlanması tələb olunmur”.

APA-nın məlumatına görə, bunu Rusiya Dövlət Dumasının Səhiyyə Mühafizəsi Komitəsinin sədri Dmitri Xubezov “Rossiya-24” telekanalının efirində bildirib.

Rusiyada koronavirusa qarşı peyvəndləmənin sürətləndiyini vurğulayan komitə sədri deyib ki, yeni məhdudiyyətlərin tətbiqi, əslində heç bir məna kəsb etmir: “Hazırda hesab edirəm ki, artıq tətbiq edilənlərdən əlavə, heç bir əlavə tədbir tələb olunmur. Sərhədlərin də həmçinin, bağlanması tələb olunmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR