Rusiya Qara dənizdə aviasiya vasitələri və gəmilərin iştirakı ilə təlim keçirib

Rusiya Qara dənizdə aviasiya vasitələri və gəmilərin iştirakı ilə təlim keçirib
# 24 noyabr 2021 13:11 (UTC +04:00)

Rusiya Qara dənizdə 10 aviasiya vasitəsi və bir neçə gəminin iştirakı ilə hərbi təlim keçirib.

APA-nın xəbərinə görə, bu barədə “İnterfaks” Rusiyanın Qara Dəniz Donanmasına istinadən məlumat yayıb.

Hərbi təlimlər Ukrayna ilə gərginliyin yüksək həddə çatdığı və ABŞ rəsmilərinin Rusiyanın cənub qonşusuna mümkün hücumu barədə narahatlıqlarını səsləndirdiyi bir vaxtda keçirilib.

Qeyd edək ki, Rusiyanın Qara Dəniz Donanması 2014-cü ildə Ukraynadan ilhaq etdiyi Krım yarımadasında yerləşir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR