Rusiya və Belarus arasında İttifaq dövlətinin inteqrasiyası haqqında dekret imzalanıb 

Rusiya və Belarus arasında İttifaq dövlətinin inteqrasiyası haqqında dekret imzalanıb 
# 04 noyabr 2021 20:12 (UTC +04:00)

Rusiya və Belarus prezidentləri Vladimir Putin və Aleksandr Lukaşenko İttifaq dövlətinin inteqrasiyası haqqında dekret imzalayıblar.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiya-Belarus İttifaq Dövlətinin Ali Dövlət Şurasının onlayn iclası keçirilib.

"Mən görürəm ki, Putin imzalayıb və mən də imzalayacağam", deyə Lukaşenko İttifaq Dövlətinin Ali Dövlət Şurasının onlayn iclasında deyib.

Dekret sentyabrda təsdiq edilmiş bütün 28 ittifaq proqramını, həmçinin, 2021-2023-cü illər üçün İttifaq Dövlətinin yaradılması haqqında Müqavilənin müddəalarının həyata keçirilməsinin əsas istiqamətlərini təsdiq edir.

Bundan əlavə, liderlər miqrasiya siyasətinin konsepsiyasını qəbul edib və hərbi doktrinanı təsdiq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR