Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub

Rusiya və Ermənistan XİN başçıları arasında telefon danışığı olub
# 08 noyabr 2021 22:41 (UTC +04:00)

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.

APA-nın Moskva müxbirinin Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, nazirlər 9 noyabr 2020-ci il tarixli Azərbaycan, Ermənistan və Rusiya liderlərinin Qarabağ münaqişəsinin bitməsi ilə bağlı üçtərəfli bəyanatın qəbul edilməsinin ildönümü ərəfəsində fikir mübadiləsini davam etdiriblər.

XİN rəhbərləri Rusiya-Ermənistan müttəfiqlik əlaqələrinin aktual məsələlərinə, regional və beynəlxalq problemlərin müəyyən aspektlərinə də toxunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR