Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib

Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib
# 01 dekabr 2021 13:30 (UTC +04:00)

Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov Federasiya Şurasında “hökumət saatı”nda senatorların suallarıını cavablandırarkən bildirib.

O, Xəzəryanı ölkə başçılarının Aşqabadda keçiriləcək növbəti sammitində Rusiya tərəfindən Xəzər Şurasının yaradılması təşəbbüsünün irəli sürüləcəyini söyləyib:

“Biz Xəzər Şurasının Həştərxanda yerləşməsini təklif edirik. Hazırda detallar razılaşdırılır. Hələlik heç kəs bu təşəbbüsə etiraz etmir. Bir sıra həmkarlarımız tərəfindən bunun növbəti bürokratik struktur olacağı ilə bağlı qorxuları var. Burada yəqin ki, məsələ bunu necə təşkil etməkdir. Bunu hansısa böyük katiblik maşını kimi deyil, Xəzər əməkdaşlığının müxtəlif aspektləri ilə bağlı sadəcə müntəzəm qurum kimi təşkil etmək olar. Bu, təkcə Xəzəryanı ölkə başçılarının sammitinə hazırlıq kontekstində deyil, daimi əsasda olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR