Rusiyada 3 gün əvvəl itkin düşmüş nazir tapılıb - YENİLƏNİB

Aleksandr Muraxovski, Rusiyanın Omsk vilayətinin səhiyyə naziri

© APA | Aleksandr Muraxovski, Rusiyanın Omsk vilayətinin səhiyyə naziri

# 10 may 2021 14:32 (UTC +04:00)

Rusiya Federasiyası Omsk vilayətinin səhiyyə naziri tapılıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, mayın 7-də Bolşeukovsk rayonunda meşədə itkin düşəm nazir Alkesandr Murakpovskinin sağ-salamat tapıldığı barədə region hökumətindən bildirilib.

Onun vəziyyətinin normal olduğu, rayon xəstəxanasında müayinədən keçdiyi açıqlanıb. İlkin məlumata görə, nazir özünü yaxşı hiss edir.

***

9 may 19.16

Rusiyanın Omsk vilayətinin səhiyyə naziri Aleksandr Muraxovski itkin düşüb.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə İdarəsi A. Muraxovskinin kvadrosikllə mayın 7-də ovçuluq bazasından meşə massivinə getdiyini, indiyə qədər harada olduğunun müəyyənləşmədiyini açıqlayıb.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR