Rusiyada ağır yol qəzasında 4 nəfər ölüb

#
# 04:21
15 may 2021

Rusiyanın Samara bölgəsində "Ural" magistral yolunun 1070-ci kilometrliyində minik maşını “KAmaz” markalı yük avtomobili ilə toqquşub.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Regional Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü və üç sərnişini ölüb.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR