Rusiyada avtomobil dayanacağa çırpılıb, 2-si azyaşlı olmaqla 6 nəfər xəsarət alıb

Rusiyada avtomobil dayanacağa çırpılıb, 2-si azyaşlı olmaqla 6 nəfər xəsarət alıb
# 12 may 2021 03:12 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində yol qəzası zamanı avtomobillərdən biri dayanacağa çırpılıb.

APA TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2-si azyaşlı olmaqla (7 və 10 yaşlarında iki qardaş) 6 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Lenin küçəsi, 48 ünvanında baş verən hadisə zamanı “Seat Leon” və “Toyota Camry” avtomobilləri toqqöuşub.

Qəzanın başvermə səbəbləri Sverdlovsk Prokurorluğu tərəfindən araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR