Rusiyada azyaşlı taxtadan tikilmiş evdə yanaraq ölüb

Rusiyada azyaşlı taxtadan tikilmiş evdə yanaraq ölüb
# 17 noyabr 2021 03:15 (UTC +04:00)

Rusiyanın Krasnoyarsk diyarında yaşayış binasında yanğın baş verib. Bir uşaq ölüb, üç azyaşlı və bir böyük xəstəxanaya yerləşdirilib.

APA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın Nazorovo şəhərinin Sovetskaya küçəsində taxtadan tikilmiş yaşayış binasında qeydə alınıb. Yanğın 40 kvadratmetr sahədə lokallaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR