Rusiyada COVID-19-a gündəlik yoluxma və ölüm artıb

Rusiyada COVID-19-a gündəlik yoluxma və ölüm artıb
# 12 may 2021 12:40 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8217 (dünən 8115) nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 905 059 nəfərə çatıb.

Son sutka ərzində 355 (dünən 329) nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 114 311 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR