Rusiyada daha 1179 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 1179 nəfər COVID-19-dan ölüb
# 08 dekabr 2021 12:44 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 30 752 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 895 597 nəfərə çatıb.

Son sutka ərzində 1179 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 284 823 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR