Rusiyada daha 1240 nəfər COVID-19-dan ölüb

Rusiyada daha 1240 nəfər COVID-19-dan ölüb
# 16 noyabr 2021 13:15 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 36 818 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 145 912 nəfərə çatıb.

Son sutka ərzində 1240 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 257 857 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR