Rusiyada daha 32648 nəfər koronavirusa yoluxub

Rusiyada daha 32648 nəfər koronavirusa yoluxub
# 30 noyabr 2021 12:38 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 32 648 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 636 881 nəfərə çatıb.

Son sutka ərzində 1 229 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə koronavirusdan ölənlərin sayı 275 193 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR