Rusiyada daha 33558 nəfər COVID-19-a yoluxub

Rusiyada daha 33558 nəfər COVID-19-a yoluxub
# 24 noyabr 2021 12:44 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 33 558 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 434 393 nəfərə çatıb.

Son sutka ərzində 1 240 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 267 819 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR