Rusiyada daha 37 156 nəfər koronavirusa yoluxub

Rusiyada daha 37 156 nəfər koronavirusa yoluxub
# 19 noyabr 2021 12:26 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 37 156 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 257 068 nəfərə çatıb.

Son 24 saat ərzində 1 254 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə ölkədə bu virusdan ölənlərin sayı 261 589 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniydan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR