Rusiyada daha 38 420 nəfər COVID-19-a yoluxub, 1211 nəfər ölüb

Rusiyada daha 38 420 nəfər COVID-19-a yoluxub, 1211 nəfər ölüb
# 15 noyabr 2021 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 38 420 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 109 094 nəfərə çatıb.

Son sutka ərzində 1211 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 256 597 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR