Rusiyada daha 39 008 nəfər COVID-19-a yoluxub, 1178 nəfər ölüb

Rusiyada daha 39 008 nəfər COVID-19-a yoluxub, 1178 nəfər ölüb
# 02 noyabr 2021 12:48 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 39 008 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 593 200 nəfərə çatıb.

Son sutka ərzində 1178 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 240 871 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR