Rusiyada daha 39 849 nəfər COVID-19-a yoluxub, 1163 nəfər ölüb

Rusiyada daha 39 849 nəfər COVID-19-a yoluxub, 1163 nəfər ölüb
# 29 oktyabr 2021 12:51 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 39 849 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 432 546 nəfərə çatıb.

Son sutka ərzində 1163 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 236 220 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR