Rusiyada daha 40 096 nəfər COVID-19-a yoluxub, 1159 nəfər ölüb

Rusiyada daha 40 096 nəfər COVID-19-a yoluxub, 1159 nəfər ölüb
# 28 oktyabr 2021 12:22 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 40 096 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 392 697 nəfərə çatıb.

Son sutka ərzində 1159 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 235 057 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR