Rusiyada erməni biznesmen öldürülüb.
APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 20-də Leninqrad vilayətində A-121 (Sortavala) magistralında maneəyə çırpılan “Mitsubishi Galant” minik avtomobilinin yük yerindən üzərində zorakılıq əlamətləri olan kişi meyiti düşüb.
Avtomobilin sürücüsü və iki sərnişin qəza yerindən qaçmaq istəsə də, polis onları saxlayıb. Avtomobilin yük yerindən düşən meyitin şəxsiyyəti müəyyənləşib və onun 50 yaşlı İrəvan sakini, biznesmen Arkadi Kazinyan olduğu müəyyənləşib.
Biznesmenin Peterburqun Kalinin rayonunda “Laquna” kooperativinin qarajında öldürüldüyü, meyitin isə basdırılmaq üçün meşəyə aparıldığı üzə çıxıb.
Qətlin səbəbi hələlik məlum deyil.
Rusiyada erməni biznesmen öldürülüb
21 noyabr 2021 13:20 (UTC +04:00)
MDB
Rusiyada həbs edilən nazir müavini vəzifəsindən uzaqlaşdırılıb
01:17
25 aprel 2024
Rusiya BMT TŞ-də kosmosda nüvə silahının yerləşdirilməsini qadağan edən qətnaməyə veto qoyub
23:52
24 aprel 2024
Qriqori Karasin Simonyanın bəyanatlarına görə Ermənistan parlamentinə məktub göndərib
22:11
24 aprel 2024
Devid Kemeron qazaxıstanlı həmkarı ilə görüşüb
17:24
24 aprel 2024