Rusiyada kənd məktəbi canavarlara görə distant təhsilə keçib 

Rusiyada kənd məktəbi canavarlara görə distant təhsilə keçib 
# 09 noyabr 2021 05:16 (UTC +04:00)

Rusiyanın Xantı-Mansi Muxtar Dairəsində Sovetski rayonunun Zelenoborsk kənd məktəbi distant təhsilə keçməyə məcbur olub.

APA “İzvestiya”ya istinadən xəbər verir ki, buna səbəb məktəbin ətrafında canavarların görünməsi olub.

Məktəb direktoru Olqa Kaluqina faktı təsdiqləyib: “Kənddə bəzi valideynlər hətta gündüzlər də kənddə canavarların görünməsi səbəbindən övladlarını distant təhsilə keçirmək üçün ərizələr yazıblar. Vəziyyət təhlükəlidir, mən hər zaman canavarların izlərini görürəm, evin ətrafında da gəzirlər. Valideynlərin ifadələrinə anlayışla yanaşırıq, bizim üçün əsas şey uşaqların təhlükəsizliyidir. Narahatlığımı həm kənd icra nümayəndəsinə, həm də təhsil şöbəsinə bildirdim. Ümid edirəm ki, tezliklə müvafiq tədbir görüləcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR