Rusiyada kişi yoldan keçənlərə bıçaqla hücum edərək 3 nəfəri öldürüb

Rusiyada kişi yoldan keçənlərə bıçaqla hücum edərək 3 nəfəri öldürüb
# 17 may 2021 12:01 (UTC +04:00)

Rusiyanın Yekaterinburq şəhərində kişi yoldan keçənlərə bıçaqla hücum edərək 3 nəfəri öldürüb.

APA-nın Rusiya bürosunun yerli KİV-ə istinadən verdiyi məlumata görə, hadisə bu gün Yekaterinburqun Dəmiryolu vağzalı yaxınlığındakı parkda baş verib.

Sverdlovsk vilayəti İstintaq idarəsinin yaydığı məlumata əsasən, insident zamanı 3 nəfər ölüb.

Hadisəni törədən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR