Rusiyada koronavirus əleyhinə dördüncü peyvənd dövriyyəyə buraxılacaq

Rusiyada koronavirus əleyhinə dördüncü peyvənd dövriyyəyə buraxılacaq
# 18 may 2021 12:25 (UTC +04:00)

Rusiyada tezliklə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı dördüncü vaksin dövriyyəyə buraxılacaq.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib. 

Qeyd edək ki, ötən ilin avqustun 11-də Rusiya dünyada koronavirusa qarşı ilk peyvəndi dövlət qeydiyyatından keçirib. “Sputnik V” adlandırılan peyvənd Hamaley adına Mərkəz tərəfindən hazırlanıb. Daha sonra isə Rusiyada COVID-19 əleyhinə “EpiVakKorona” və “KoviVak” peyvəndləri qeydiyyatdan keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR