Rusiyada koronavirusdan ölənlərin sayı 112 mini ötüb

Rusiya koronavirus

© APA | Rusiya koronavirus

# 06 may 2021 12:12 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 7639 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 855 128 nəfərə çatıb.

Son sutka ərzində 351 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 112 245 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR