Rusiyada koronavirusdan ölənlərin sayı 113 mini ötüb 

Rusiyada koronavirusdan ölənlərin sayı 113 mini ötüb 
# 09 may 2021 12:06 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8419 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 880 262 nəfərə çatıb.
Son sutka ərzində 334 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 113 326 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Brazilya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR