Rusiyada koronavirusdan ölənlərin sayı 115 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 115 mini ötüb
# 14 may 2021 12:13 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9 462 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 922 901 nəfərə çatıb.

Son sutka ərzində 393 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə, koronavirusdan ölənlərin sayı 115 116 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR