Rusiyada koronavirusdan ölənlərin sayı 116 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 116 mini ötüb
# 17 may 2021 12:31 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 9328 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 949 573 nəfərə çatıb.

Son sutka ərzində 340 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 116 211 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR