Rusiyada koronavirusdan ölənlərin sayı 248 mini ötüb

Rusiyada koronavirusdan ölənlərin sayı 248 mini ötüb
# 08 noyabr 2021 12:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 39 400 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 8 834 495 nəfərə çatıb.

Son sutka ərzində 1190 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 248 004 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR