Rusiyada koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb

Rusiyada koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb
# 05 dekabr 2021 12:36 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 32 602 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 801 613 nəfərə çatıb.

Son sutka ərzində 1206 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 281 278 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR