Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir

Rusiyada koronavirusla bağlı vəziyyət sabitləşir
# 02 dekabr 2021 15:27 (UTC +04:00)

Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı vəziyyət sabitləşir.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

O, COVID-19-a yoluxma və bu virusdan ölüm halında azalma müşahidə olunduğunu, vəziyyətin sabitləşməyə doğru getdiyini vurğulayıb.

Qeyd edək ki, operativ qərargahın açıqladığı son məlumata görə, son sutka ərzində Rusiya ərazisində 33 389 nəfər koronavirusa yoluxub, 1221 nəfər isə bu virusdan həyatını itirib. Rusiyada sentyabr ayından başlayaraq koronavirusa yoluxma halında kəskin artım baş vermişdi. Gündəlik yoluxma 40 minin üstündə olduğuna görə, ölkə ərazisində 10 günlük qeyri-iş günü elan edilmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR