Rusiyada PCR testin müddəti 72 saatdan 48 saata endirilib

Rusiyada PCR testin müddəti 72 saatdan 48 saata endirilib
# 30 noyabr 2021 19:23 (UTC +04:00)

Rusiyada koronavirusun “omicron” ştammını müəyyən edən testlər hazırlanıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Rospotrebnadzor”un rəhbəri Anna Popova bildirib.

O, “Rospotrebnadzor”un Milli Tədqiqatlar İnstitutu tərəfindən məhz koronavirusun “omicron” ştammını müəyyən edən testlərin hazırlandığını söyləyib. Rusiyanın baş həkimi koronavirusun “omicron” ştammına görə PCR testlərin fəaliyyət müddətinin 72 saatdan 48 saata endirildiyi haqqında qərar qəbul edildiyini də açıqlayıb. O, bunu “omicron” ştammının xüsusiyyəti ilə əlaqələndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR