Rusiyada Saxalin vilayətinin sakini 1200 dollarlıq iti oğurlayaraq ondan yemək hazırlayıb

Rusiyada Saxalin vilayətinin sakini 1200 dollarlıq iti oğurlayaraq ondan yemək hazırlayıb
# 15 noyabr 2021 11:54 (UTC +04:00)

Rusiyanın Saxalin vilayətinin sakini iti oğurlayaraq onu yeyib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Saxalin vilayəti üzrə İdarəsi məlumat yayıb.

Bildirilib ki, Saxalin vilayətinin Makarovskiy rayonunun 36 yaşlı sakini 90 min rubl (1250 ABŞ dolları) dəyərində iti oğurlayıb və ondan yemək bişirib.

“Faktla bağlı “oğurluq” və “Heyvanlarla qəddar rəftar etmə” maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır”, - DİN-in məlumatında qeyd olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR