Rusiyada silahlı insident baş verib, 2 tələbə saxlanılıb

Rusiyada silahlı insident baş verib, 2 tələbə saxlanılıb
# 22 oktyabr 2021 06:10 (UTC +04:00)

Rusiyanın Sankt–Peterburq şəhərinin Kirovski rayonu, Oxotniçy zolağı 9 ünvanında atışma olması barədə polisə məlumat daxil olub.

APA Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinin yaydığı məlumatına əsasən xəbər verir ki, hadisə ilə bağlı 2 kollec tələbəsi saxlanılıb.

Onlardan birinin üzərindən patronsuz tapança aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR