Rusiyada son sutka ərzində 40 759 nəfər koronavirusa yoluxub

Rusiyada son sutka ərzində 40 759 nəfər koronavirusa yoluxub
# 11 noyabr 2021 12:54 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 40 759 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanlar 8 952 472 nəfərə çatıb.

Son sutka ərzində 1237 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 251 691 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR