Rusiyada son sutkada 41 335 nəfər koronavirusa yoluxub

Rusiyada son sutkada 41 335 nəfər koronavirusa yoluxub
# 06 noyabr 2021 12:37 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 41 335 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, bu, pandemiya başlayandan gündəlik yoluxma sayında maksimumdur.

Bununla da, Rusiyada COVID-19-a yoluxanların 8 755 930 nəfərə çatıb.

Son sutka ərzində 1 188 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 245 638 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya, Türkiyədən sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR