Rusiyada son sutkada daha 8465 nəfər koronavirusa yoluxub

Koronavirus

© APA | Koronavirus

# 10 may 2021 12:04 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8465 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların 4 888 727 nəfərə çatıb. Son sutka ərzində 321 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 113 647 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR