Rusiyada son sutkada koronavirusdan 1182 nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 1182 nəfər ölüb
# 07 dekabr 2021 12:49 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 31 096 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 864 845 nəfərə çatıb.

Son sutka ərzində 1182 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 283 644 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Böyük Britaniya və Almaniyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR