Rusiyada son sutkada koronavirusdan 1219  nəfər ölüb

Rusiyada son sutkada koronavirusdan 1219  nəfər ölüb
# 14 noyabr 2021 12:08 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 38 823 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi xəbərə görə, Rusiyada COVID-19-a yoluxanların sayı 9 070 674 nəfərə çatıb.
Son sutka ərzində 1219 nəfərin koronavirusdan öldüyü bildirilib. Bu, pandemiya dövründə ölüm halında maksimum göstəricidir. Ümumilikdə koronavirusdan ölənlərin sayı 255 386 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ və Böyük Britaniyadan sonra üçüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR