Rusiyada təyyarə qəzasında yeddi nəfər həlak olub - YENİLƏNİB-1

Rusiyada təyyarə qəzasında yeddi nəfər həlak olub - YENİLƏNİB-1
# 03 noyabr 2021 18:40 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətində An-12 təyyarəsinin qəzaya uğraması nəticəsində təyyarədəkilərin hamısı həlak olub.

APA-nın məlumatına görə, bu barədə vilayətin qubernatoru İqor Kobzev bildirib.

Təyyarənin göyərtəsində 7 nəfərin olduğu açıqlanıb.

Qəzanın səbəbləri araşdırılır.

***

18.19

Rusiyanın İrkutsk vilayətində An-12 təyyarəsinin qəzaya uğradığı yerdə 5 nəfərin meyiti tapılıb.

APA-nın RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 110 xilasedici, 60 texnika cəlb olunub.

Təyyarənin göyərtəsində 7 nəfərin olduğu bildirilir.

Digər şəxslərin axtarışı davam etdirilir.

***

16.49

Rusiyada təyyarə qəzası baş verib.

APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, “An-12” təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb.

Hadisə nəticəsində iki nəfər ölüb, 5 ekipaj üzvündən isə xəbər yoxdur.

Qeyd edək ki, ilkin olaraq təyyarənin radardan itməsinə dair xəbərlər yayılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR