Rusiyada yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb

Rusiyada yük maşını ilə sərnişin avtobusunun toqquşması nəticəsində 5 nəfər ölüb
# 24 oktyabr 2021 07:49 (UTC +04:00)

Rusiyanın Kalmık Respublikasında ağır yol-nəqliyyyat hadisəsi baş verib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, Həştərxan-Elista-Stavropol istiqamətində hərəkətdə olan “KamaAZ” markalı yük maşını Mahaçqala - Sankt-Peterburq marşrutu üzrə hərəkət edən sərnişin avtobusu ilə toqquşub.

Rusiya Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Hadisə nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb.

Hadisə saat 02.40-da federal şossenin 245-ci km-də qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR