Rusiyalı diplomat Almaniyada ölü tapılıb

Rusiyalı diplomat Almaniyada ölü tapılıb
# 05 noyabr 2021 16:09 (UTC +04:00)

Rusiyalı diplomat Berlində ölü tapılıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə “Spiegel” məlumat yayıb.

İnsident oktyabrın 19-da Rusiyanın Almaniyadakı səfirliyinin konsulluq şöbəsində baş verib. Bildirilib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları rusiyalı diplomatın meyitini aşkar ediblər. Səfirliyin 35 yaşlı ikinci katibi binanın yuxarı mərtəbəsindən yıxılıb.

Almaniyanın təhlükəsizlik xidmətindəki mənbə hadisənin baş vermə səbəbinin məlum olmadığını söyləyib. Rusiyalı diplomatın 2019-cu ilin yayında akkreditasiya olunduğu bildirilib. Nəşrin yazdığına görə, rusiyalı diplomat əslində xüsusi xidmət orqanının əməkdaşı olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR