Rusiyanın neft-qaz ehtiyatlarının bitəcəyi vaxt açıqlanıb

Aleksandr Kozlov

© APA | Aleksandr Kozlov

# 11 may 2021 14:25 (UTC +04:00)

Rusiyada hasilatın mövcud səviyyədə olduğu halda ölkədə olan neft ehtiyatları daha 59 ilə bəs edə bilər.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə ekologiya və təbii sərvətlər naziri Aleksandr Kozlov bildirib.

Onun sözlərinə görə, ölkənin qaz ehtiyatları isə daha 103 ilə bəs edəcək.

A. Kozlov qeyd edib ki, geoloji kəşfiyyata investisiyaların yatırılması yanacaq ehtiyatlarının həcminə təsir edə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR