Rusiyanın təklif etdiyi layihə BMT-də dəstəklənməyib

Rusiyanın təklif etdiyi layihə BMT-də dəstəklənməyib
# 03 noyabr 2021 23:38 (UTC +04:00)

Rusiya Federasiyasının kimyəvi silahlarla törədilən cinayətlərə dair qətnamə layihəsi kifayət qədər tərəfdar toplamayıb.

APA-nın “Ria Novosti”yə istinadla xəbərinə görə, BMT Baş Assambleyasının birinci komitəsi layihəni qəbul etməyib.

Layihəni Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Andrey Belousov təqdim edib. Diplomat bildirib ki, “layihənin məqsədi kütləvi qırğın silahlarının tətbiqi zamanı BMT-nin təhqiqat mexanizminin səmərəsini artırmaqdır. Qüvvədə olan prosedur və mexanizmlər sonuncu dəfə 1990-cı ildə yenilənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR