Sankt-Peterburqda COVID-19-la bağlı vəziyyət sabitləşib

Sankt-Peterburqda COVID-19-la bağlı vəziyyət sabitləşib
# 08 noyabr 2021 19:54 (UTC +04:00)

“Sankt-Peterburqda birgə səylərlə koronavirusun payız dalğasını sabitləşdirmək mümkün olub, qeyri-iş günləri vəziyyəti normallaşdırmağa imkan verib”.

APA-nın RİA-Novosti-yə istinadən məlumatına görə, bunu Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov bildirib.

Onun sözlərinə görə, Prezidentin oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan etməsi vəziyyəti normallaşdırmağa və əlavə tənzimləyici tədbirlərin effektivliyini təmin etməyə imkan verib. Qubernator qeyd edib ki, əsas vəzifə mümkün yoluxma zəncirlərini qırmaq, eyni zamanda, Rusiyanın digər regionlarından və xaricdən yoluxma risklərinin qarşısını almaq, müntəzəm tibbi yardımın həcmini saxlamaq idi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR