Sankt-Peterburqda şaxtalı hava 1893-cü ilin rekordunu yeniləyib

Sankt-Peterburq

© APA | Sankt-Peterburq

# 06 dekabr 2021 13:00 (UTC +04:00)

Rusiyanın şimal paytaxtında rekord şaxtalı hava qeydə alınıb.

APA-nın Rusiya bürosunun məlumatına görə, Sankt-Peterburqda havanın tempraturu -21 dərəcəyə enib.

“Fobos” mərkəzinin mütəxəssisi Mixail Leusun bildirdiyinə görə, Peterburqdakı şaxtalı hava 1893-cü ilin rekordunu yeniləyib: “Sankt-Peterburqda 128 il idi ki, belə şaxtalar olmurdu. Bu gün Sankt-Peterburqda minimum hava tempraturunun gündəlik rekordu müəyyən edilib. Şimal paytaxtında şaxtalar -20,9 dərəcəyə düşüb ki, bu da 1893-cü ildə həmin gündən 0,4 dərəcə aşağıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR