Şiraz aeroportu təyyarənin təcili eniş etməsinə dair xəbərləri təkzib edib - YENİLƏNİB

Şiraz hava limanı

© APA | Şiraz hava limanı

# 06 dekabr 2021 19:10 (UTC +04:00)

Şiraz Şəhər Hava Limanında heç bir təyyarə təcili eniş etməyib.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə Şiraz Şəhər Hava Limanından bildirilib.

"Mətbuatda İranın Şiraz şəhərindən Omanın Maskat şəhərinə uçan təyyarənin Şiraz Hava Limanına təcili eniş etdiyi haqqında məlumat dərc olunmasını təkzib edirik. Bildiririk ki, Şiraz Hava limanına heç bir təcili eniş etməyib", - məlumatda qeyd olunub.

Vurğulanıb ki, Şiraz - Maskat reysi üzrə uçan təyyarə bu gün səhər saat 8-də Şiraz Hava Limanından qalxıb və heç bir təcili eniş etməyib.

***

18:46

İrandan Omanın paytaxtı Maskat şəhərinə uçan sərnişin təyyarəsi Şirazda təcili eniş edib.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, enişə səbəb mühərrikin alovlanması olub.

Ölən və yaralananlar haqqında hələlik məlumat yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR