“Sirkon” hipersəs qanadlı raketi gələn ildən Rusiya ordusunun silahlanmasına veriləcək

Vladimir Putin

© APA | Vladimir Putin

# 03 noyabr 2021 18:13 (UTC +04:00)

Onilliklər ərzində qabaqcıl silahların inkişafı Rusiyanın hərbi təhlükəsizliyini təmin edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin müdafiə sənayesi üzrə keçirilən növbəti müşavirədə bildirib.

“Bu gün biz ordunun və donanmanın yeni fiziki prinsiplərə əsaslanan sistemlərlə təchiz edilməsinin necə getdiyini müzakirə edəcəyik”, - Rusiya dövlət başçısı vurğulayıb.

Onun sözlərinə görə, Rusiyada lazer, hipersəs, kinetik və dünyada analoqu olmayan digər silahların yaradılması hərbi texnologiyalar sahəsində əsl sıçrayışa səbəb olub, silahlı qüvvələrin imkanlarını ciddi artırıb, uzun illər, hətta onilliklər ərzində Rusiyada hərbi təhlükəsizliyi yüksək səviyyədə təmin edib.

V. Putin qeyd edib ki, “Sirkon” hipersəs qanadlı raketinin sınaqları başa çatmaq üzrədir və o, gələn ildən Hərbi Dəniz Qüvvələrinin silahlanmasına veriləcək. Rusiya Prezidenti onu da qeyd edib ki, qabaqcıl silahların işlənib hazırlanması 2033-cü ilə qədər hazırlanan yeni dövlət proqramında tam şəkildə əksini tapmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR